Koronavirusla bağlı yeni iddia: <font color=red> Səbəb yarasa deyilmiş</font>

Maraqlı

07.02.2020 - 14:52

Keçən il 100 mindən çox pangolin qanunsuz olaraq ovlanıb

 

Dünyanı təhdid edən koronavirusun yayılması ilə bağlı yeni məlumat yayılıb. AYNA xarici mediaya istinadən xəbər verir ki, Cənubi Çin Kənd Təsərrüfatı Universitetinin mütəxəssisləri virusun panqolin adlı bir məməlidən yayıldığını iddia ediblər.

 

İlk yayıldığı günlərdə koronavirusun insanalara yarasalar, ilanlar və meymunlar tərəfindən yoluxduğu bildirilsə də, yeni iddia ilk ehtimalları alt-üst edir.

 

"Reuters"in yaydığı xəbərdə bildirilir ki, Cənubi Çin Kənd Təsərrüfatı Universitetinin mütəxəssisləri, pulcuqları və əti qanunsuz olaraq satılan panqolinin koronavirusa səbəb olmasından şübhələnirlər.

Son dakika… Corona virüsü salgınının asıl sebebi bulundu! Yarasa değil pangolinden yayılmış

Universitetin açıqlamasında: "Son tapıntılar xəstəliyin qarşısının alınması və nəzarətində böyük əhəmiyyət daşıyır", - deyə bildirilib.

 

Adı nəsli kəsilməkdə olan heyvan növləri arasında göstərilsə də, keçən il 100 mindən çox panqolin qanunsuz olaraq ovlanıb.

Qeyd edək ki, Çin Milli Səhiyyə Təşkilatının verdiyi açıqlamada dünəndən bəri ölənlərin sayının 563-dən 638-ə qədər artdığı açıqlanıb.

Müəllif: Ayna.az