Karantindən bezən gənc özünü bu kökə saldı – <font color=red> FOTOLAR</font>

Maraqlı

27.04.2020 - 15:21

Onun bədənində hazırda mindən artıq müxtəlif motivlərdə insan, quş, heyvan təsvirləri və digər işarələr yer alır

 

Dünya ölkələrində xüsusi karantin günlərində evdə qalan insanlar müxtəlif məşğuliyyətlə baş qatırlar. AYNA xarici mediaya istinadən xəbər verir ki, Londonun şimal-şərqindəki Valthamstov qəsəbəsində yaşayan tatu ustası Kris Vudhead zamanını bədənində şəkil çəkməklə keçirir.

 

15 yaşından başlayaraq bədənində müxtəlif rəsmlər həkk edən gəncin karantin günlərində işi ancaq bədəninə döymə vurmaq olub. Artıq bədənində boş yer qalmayıb. Karantinə etiraz edən döyməçi, hətta ayaq pəncəsinin altına “bu, nə zaman bitəcək?” sualını həkk edib.

 

Onun bədənində hazırda 1000-dən artıq müxtəlif motivlərdə insan, quş, heyvan təsvirləri və digər işarələr yer alır. Kris döymələri, vaxtilə müəllimi olmuş, məşhur döymə ustası Dunkan X-dən öyrəndiyi kimi, mürəkkəb və xüsusi iynə ilə edir, əvvəlcə eskiz çəkir, sonra şəkili bədəninə köçürür.

 

Kris müsahibəsində yalnız bu yolla rahatlıq tapdığını, karantin müddətini tez keçirdiyini deyib. O, karantindən sonra Londonda yerləşən “Asiya Tatusu” emalatxanasının açılacağına ümid etdiyini bildirib.

Müəllif: Ayna.az