Azərbaycanda son sutkada 1600 nəfər COVID-19 əleyhinə vaksinasiyadan keçib
Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1600 peyvənd vurulub.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 437, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 158, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 854, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı 151 nəfərdir.
Vurulan peyvəndlərin ümumi sayı 13 778 501, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 358 703, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 855 017, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 314 598, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 250 183 nəfər təşkil edir.