Koronavirusa qarşı peyvənd olunanların sayı açıqlanıb

Xəbərlər

27.07.2022 - 17:38

cedabet dərman SEO Xidməti

Bir gündə 281 nəfər "buster" doza üzrə vaksinasiya olunub

Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 2289 peyvənd vurulub.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan AYNA-ya verilən məlumata görə, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 464, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 104, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1440, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı 281 nəfərdir.

Vurulan peyvəndlərin ümumi sayı 13 810 252, birinci mərhələ üzrə vaksinasiya olunanların ümumi sayı 5 365 467, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 4 857 346, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 3 333 814, pozitiv nəticədən sonra "buster" doza üzrə vaksinasiya olunanların sayı isə 253 625 nəfər təşkil edir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş