Dünyada, təxminən 83 min insan virusa yoluxub
Nigeriya hökuməti ilk koronavirus hadisəsini təsdiqləyib. AYNA xarici mediaya istinadən xəbər verir ki, bundan başqa, Yeni Zelandiya və Litvada ilk virusa yoluxma faktı qeydə alınıb.
Ölümcül xəstəliyin episentri hesab olunan Çinin Milli Səhiyyə Komissiyası bildirib ki, ötən gün ölkədə koronavirusa görə, ən azı 44 ölüm faktı qeydə alınıb. Bununla da Çində virusdan ölənlərin sayı 2788-ə çatıb.
Qeyd edək ki, dünyada, təxminən, 83 min insan koronavirusa yoluxub. Virus 2800-dən çox insanın ölümünə səbəb olub.