Kiyev Rusiyaya qarşı yeni sanksiyaların tətbiqini təklif edib

Dünya

07.05.2025 - 16:33

Həkimlər Klinikalar SEO Xidməti

Ekspertlərin qənaətincə, Avropa sanksiyaların gücləndirilməsində liderlik etməlidir

Ukrayna Prezident Aparatının rəhbəri Andrey Yermak və “Friman-Spogli” Beynəlxalq Araşdırmalar İnstitutunun direktoru Maykl Makfolun rəhbərlik etdiyi Rusiyaya qarşı sanksiyalar üzrə Beynəlxalq İşçi Qrupu “Fəaliyyət Planı 4.0” – Rusiyaya iqtisadi təzyiqin artırılmasına yönəlmiş bir sıra sanksiya təkliflərini təqdim edib. AYNA.AZ xəbər verir ki, bu barədə Ukrayna Prezidentinin İşlər İdarəsi öz saytında məlumat yayıb.

Məlumata görə, beynəlxalq sanksiyalar qrupunun ekspertləri qeyd edirlər ki, Avropa sanksiyaların gücləndirilməsində liderlik etməlidir. Planda yer alan əsas təkliflər arasında Rusiya neftinin qiymət tavanını aşağı salmaqla Rusiyanın enerji gəlirlərinin məhdudlaşdırılması və “Yamal” LNG-dən mayeləşdirilmiş təbii qazın idxalına qadağa qoyulması daxildir.

Bundan əlavə, ekspertlər Avropa İttifaqının Rusiyadan enerji idxalına rüsumlar tətbiq etməklə sanksiyalar rejimini tamamlamağı təklif ediblər. Digər prioritet Rusiyaya kritik texnologiyaların ixracını tamamilə qadağan etməklə və onun bütün hərbi-sənaye kompleksi şirkətlərinə sanksiyalar tətbiq etməklə Rusiya hərbi-sənaye kompleksini zəiflətməkdir.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş