Kiyev polisi məhkəmədən qaçan azərbaycanlını saxlayıb

Xəbərlər

31.05.2021 - 02:46

O, mayın 28-də İrpen şəhərində məhkəmə iclasından qaçmışdı

 

Ukraynanın Kiyev Vilayət Polisi məhkəmədən qaçan, axtarışda olan azərbaycanlını saxlayıb. AYNA xəbər verir ki, bu barədə “Report”a Kiyev Vilayət Polisindən bildirilib.

 

Qeyd edilir ki, 1973-cü il təvəllüdlü Məmmədov Əfrəs Qüddəsər oğlu bu gün saxlanılıb.

 

O, mayın 28-də İrpen şəhərində məhkəmə iclasından qaçmışdı. Ə.Məmmədov cinayət məcəlləsinin bir neçə maddəsi üzrə təqsirləndirilir.

Müəllif: Ayna.az