Kirants kənd rəhbəri: “2 ev və 3 mağaza Azərbaycanın nəzarətindədir”

Aktual

20.05.2024 - 15:13

Həkimlər Klinikalar SEO Xidməti

“6 ev isə Azərbaycana o qədər yaxındır ki, orada yaşamaq mümkün olmayacaq”

Ermənistanın Tavuş rayonunun Kirants kəndi hissəsində Azərbaycanla sərhədlərin demarkasiyası üzrə işlər artıq başa çatmaq üzrədir. AYNA erməni mediasına istinadən bildirir ki, Ermənistan sərhədçiləri demarkasiya olunmuş ərazidə xidmətə başlayıb.

Qeyd olunub ki, delimitasiya prosesi səbəbindən Kirantsa giriş müvəqqəti olaraq bağlanıb.

“Kəndin ortasında sütunlar quraşdırılıb. 2 ev, 3 mağaza və 1 avtoyuma məntəqəsi Azərbaycanın nəzarətindədir”, - deyən Kirantsın inzibati rəhbəri Kamo Şahinyan bildirib ki, 6 ev isə Azərbaycana o qədər yaxındır ki, “orada yaşamaq mümkün olmayacaq”.

“Məktəb Azərbaycana o qədər yaxındır ki, heç kim övladını dərsə göndərə bilmir”, - deyə Şahinyan əlavə edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş