Kinematoqrafçılardan Mədəniyyət Nazirliyinə müraciət

Mədəniyyət

01.02.2024 - 10:34

“Layihələrin maliyyələşməsi istiqamətində təcili addımlar atılmalıdır”

“Tammetrajlı bədii film layihələrinə dəstək – 2022” nəticələrinin reallaşmaması Kinorejissorlar Gildiyasında müzakirə olunub. Situatsiya ilə bağlı Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) 29 yanvar tarixində Mədəniyyət Nazirliyinə müraciət ünvanlayıb.

AYNA Kinorejissorlar Gildiyasının mətbual xidmətinə istinadən xəbər verir ki, müraciətdə müsabiqənin nəticələrinin reallaşmasının yeni kinematoqrafçılar nəslinin formalaşmasında oynaya biləcəyi müsbət rol qeyd edilib, layihələrin maliyyələşməsi istiqamətində təcili addımlar atılmasına çağırılıb.

30 yanvar 2024-cü il tarixində isə Mədəniyyət Nazirliyinin 2021-ci ildə elan etdiyi “Tammetrajlı bədii film layihələrinə dəstək – 2022” müsabiqəsinin qalibləri üzv olduqları Kinorejissorlar Gildiyasına dəstək üçün müraciət ünvanlayıblar və bununla bağlı Gildiyada görüş keçirilib.

Görüşdə Mədəniyyət Nazirliyinin müsabiqənin şərtlərinə uyğun üzərinə götürdüyü öhdəliklərin bu günə qədər icra edilmədiyi və bununla da audiovizual müəlliflərin hüquqlarını pozaraq, onlara maddi və mənəvi ziyan vurulduğu vurğulanıb və müəlliflərin pozulmuş hüquqlarının bərpası istiqamətində qanunvericiliyə uyğun atılacaq mümkün hüququ addımlar müzakirə olunub.

Müəllif: Ayna.az