Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi keçirilib

Mədəniyyət

13.03.2022 - 15:41

Mərasimdə Azərbaycan və Rusiyanın tanınmış mədəniyyət xadimləri iştirak ediblər

Moskvada Azərbaycanın Xalq yazıçısı, görkəmli kinodramaturq Rüstəm İbrahimbəyovla vida mərasimi keçirilib. AYNA-nın APA-ya istinadən məlumatına görə, vida mərasimi Mərkəzi Kino Evinin Böyük zalında baş tutub.

Vida mərasimində Azərbaycan və Rusiyanın tanınmış mədəniyyət xadimləri iştirak ediblər.

Qeyd edək ki, Xalq yazıçısı, Azərbaycan Kinematoqrafçılar İttifaqının sədri Rüstəm İbrahimbəyov martın 10-dan 11-nə keçən gecə 83 yaşında vəfat edib. O, uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

Xatırladaq ki, Rüstəm İbrahimbəyovun nəşi dəfn olunmaq üçün vətənə martın 15-də aparılacaq. Xalq yazıçısının Bakıda dəfn olunacağı bildirilir.

Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi keçirilib Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi keçirilib Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi keçirilib Moskvada Rüstəm İbrahimbəyovla vida mərasimi keçirilib
Müəllif: Ayna.az