Kılıçdaroğlu zəlzələ bölgəsinə səfər edib

Xəbərlər

07.02.2023 - 14:36

"Bölgəyə gedirəm, gün ərzində məlumat paylaşacam"

Türkiyənin ana müxalifət partiyası olan Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu zəlzələ bölgəsinə səfər edib. AYNA Türkiyə mediasına istinadən bildirir ki, bu barədə müxalifət lideri sosial şəbəkə hesabında məlumat verib.

"Bölgəyə gedirəm, gün ərzində məlumat paylaşacam", - deyə CHP sərdi qeyd edib.

Xatırladaq ki, fevralın 6-da yerli vaxtla saat 4:17-də Türkiyənin Kahramanmaraş vilayətinin Pazarcık rayonunda 7,7 bal, saat 13:24-də isə Elbistan rayonunda 7,6 bal gücündə iki zəlzələ qeydə alınıb. Son məlumata əsasən, zəlzələ nəticəsində 3419 nəfər həyatını itirib, 20 534 nəfər isə yaralanıb. 8 mindən çox insan isə dağıntılar altından salamat çıxarılıb.

Müəllif: Ayna.az