Əvvəllər məhkum edilmiş şəxs saxlanılıb
“Keşlə” dəmiryol stansiyasından oğurluq edilib. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib.
Bildirilib ki, Nəqliyyatda Baş Polis İdarəsinin Biləcəri stansiyası Xətt Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində iyulun 29-da “Baş Keşlə” stansiyası ərazisindən 200 metr naqili oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər narkotiklərlə əlaqəli cinayətə görə məhkum olunmuş 39 yaşlı Mehman Babayev müəyyən olunaraq saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.