Kərim Vəliyev türkiyəli hərbçilərlə görüşüb

Xəbərlər

19.09.2023 - 11:34

Görüşdə hərbi hüquqşünasların xidməti fəaliyyəti və digər sahələrdə ətraflı fikir mübadiləsi aparılıb

Sentyabrın 19-da Azərbaycan müdafiə nazirinin birinci müavini - Azərbaycan Ordusunun Baş Qərargah rəisi general-polkovnik Kərim Vəliyev ölkəmizdə səfərdə olan Türkiyə Milli Müdafiə Nazirliyinin Hüquq Xidmətinin nümayəndə heyəti ilə görüşüb.

Müdafiə Nazirliyindən AYNA-ya verilən məlumata görə, qonaqları ölkəmizdə görməkdən məmnunluğunu bildirən Baş Qərargah rəisi Azərbaycan Ordusunda hərbi qanunvericilik və Beynəlxalq humanitar hüququn tətbiqi ilə əlaqədar keçirilən maarifləndirici tədbirlərin əhəmiyyətindən danışıb.

Görüşdə hüquq xidmətinin təşkili, hərbi hüquqşünasların xidməti fəaliyyəti və digər sahələrdə ətraflı fikir mübadiləsi aparılıb.

Müəllif: Ayna.az