Hadisə ilə bağlı cinayət işi açılıb
İyulun 13-də saat 20 radələrində Kəlbəcər rayonu Çopurlu kəndində arıçılıq təsərrüfatı ilə məşğul olan 1964-cü il təvəllüdlü Əliyev Sahib İsa oğlunun minaya düşməsi ilə polisə məlumat daxil olub.
Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən AYNA-ya bildirilib ki, hadisə rayonun Seyidlər kəndi ərazisində baş verib. Hadisə nəticəsində S.Əliyev xəsarət alıb.
Baş Prokurorluq Kəlbəcərdə arıçının minaya düşməsi ilə bağlı məlumat yayıb. Qurumdan verilən xəbərə görə, hadisə ilə bağlı cinayət işi açılıb.