Keçmiş məhkumun evində külli miqdarda narkotik aşkarlanıb

Xəbərlər

18.09.2023 - 12:55

2 kiloqram 155 qram metamfetamin, 410 qrama yaxın heroin götürülüb 

Bakıda keçmiş məhkumun evində külli miqdarda narkotik aşkarlanıb. AYNA xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib. 

Qeyd olunub ki, Bakı şəhər Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində Sabunçu rayonu Kürdəxanı qəsəbə sakini, əvvəllər məhkum olunmuş Məhəmməd Mahmudovun yaşadığı evə baxış zamanı oradan 2 kiloqram 155 qram metamfetamin, 410 qrama yaxın heroin və 1 ədəd elektron tərəzi aşkar olunaraq götürülüb.

Araşdırma davam etdirilir.

Müəllif: Ayna.az