Odlu silah saxlayan və daşıyan 202 şəxs cinayət məsuliyyətinə cəlb olunub
Həyata keçirilmiş əməliyyat tədbirləri ilə 251 kriminal qrup zərərsizləşdirilib. AYNA xəbər verir ki, bu barədə daxili işlər naziri general-polkovnik Vilayət Eyvazov bu gün nazirlikdə cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə respublika daxili işlər orqanlarının 2022-ci ildəki fəaliyyətinin nəticələri və qarşıda duran vəzifələrə həsr olunmuş Kollegiya iclasında hesabat məruzəsi ilə çıxış edərkən deyib.
Nazir bildirib ki, odlu silah saxlayan və daşıyan 202 şəxs cinayət məsuliyyətinə cəlb olunub.
Qeyd olunub ki, axtarışda olan 557 təqsirləndirilən şəxsin tutulması təmin edilib.