Karantin vaxtı restoran və məscidlər: “Robin qudlar”a cavab vermək vaxtıdır

Cəmiyyət

13.04.2021 - 23:30

Susmaq heç də həmişə qızıl deyil - xüsusilə vəzifəniz hadisələrə reaksiya verməkdirsə

 

Sabah Azərbaycanda müsəlmanlar üçün müqəddəs Ramazan ayı başlayır. Müvafiq fətva Qafqaz Müsəlmanları İdarəsi (QMİ) tərəfindən verilib. Müsəlmanlar bu ayda oruc tutacaq və günahlarının bağışlanması üçün Uca Allaha dua edəcəklər.

 

Keçən Ramazanda olduğu kimi bu il də məscidlər praktik olaraq, müsəlmanları kollektiv namaz və əhya gecələri üçün qəbul edə bilməyəcək. Bu faktor bəzi dairələr tərəfindən inanclı insanlar arasında və ümumiyyətlə cəmiyyətdəki gərginliyi artırmaq üçün istifadə edilən bu vasitədir.

 

Qonşu ölkələrdə məskunlaşmış bəzi şəxslər “Azərbaycanda din azadlığını qorumaq” məsələsində xüsusilə canfəşanlıq edirlər. Keçən il mart ayından etibarən, məscidlər koronavirus pandemiyası səbəbiylə bağlandıqdan sonra, Azərbaycan hakimiyyətinin ünvanına az qala hər gün bidət və İslamla düşmənçilik ittihamları səsləndi. Ölkədəki kafe və restoranların, ticarət mərkəzlərinin açılışından sonra bu ton xüsusilə kəskinləşdi.

 

İlk baxışdan İslamın “robin qudları”nın dəlilləri təkzibedilməzdir: virus insanlara məscidlərin qapalı otaqlarında yoluxur, amma kafe və restoranların qapalı otaqlarında eyni vətəndaşları bağışlayır?

 

Bu ittihamlar dəfələrlə eşidilib. Təəssüf ki, hələ heç kim onlara aydın şəkildə cavab verməyib. Bəlkə, Nazirlər Kabineti yanında Operativ Qərargahda bu cür düşünənlərə yuxarıdan aşağı baxdıqları üçün deyilən ifadələrə diqqət yetirməyin lazımsız olduğunu fikirləşirlər? Ancaq susmaq heç də həmişə qızıl deyil - xüsusilə, vəzifəniz bu çərçivədə hadisələrə cavab verməkdirsə. Axı, hər halda bunun üçün Operativ Qərargah fəaliyyət göstərir.

 

Buna görə də boşluğu aradan qaldırmaq üçün vəziyyəti biz aydınlaşdırmağa çalışacağıq. Bəs niyə kafe və restoranlar fəaliyyət göstərir, amma məscidlər hələ də bağlıdır? Məsələ burasındadır ki, Operativ Qərargah (oxuyun - səlahiyyətlilər) bu məsələyə çox praqmatik yanaşır, reallığı və mümkün riskləri ideoloji deyil, maddi baxımdan qiymətləndirir.

 

Burada əsas meyar mənəvi və əxlaqi dəyərlər deyil, sırf realizmdir. Karantin tədbirləri dünyada, o cümlədən Azərbaycan da böyük itkilərlə müşayiət edilir. Minlərlə insan işlərini və gəlirlərini itirdi. Ancaq yaşamalısan - viruslu və ya virussuz! İşləyən kafe və restoranlar, pərakəndə satış nöqtələri ölkənin bir çox vətəndaşı üçün iş yeridir. Bəs bağlı məscidlər?

 

Bu, praktik olaraq soydaşlarımızın gündəlik maddi həyatına təsir göstərmir. Evdə, internetdə cümə xütbələrini və ibadət dualarını dinləyə bilərsiniz. Əsas hesab budur. Ortada sırf praqmatizmdən başqa bir şey yoxdur.  Və səlahiyyətlilər tərəfindən hər hansı bir islamofobiya və ya İslam əleyhinə siyasət aparılması haqqında söhbət gedə bilməz!

 

Həqiqətən, müstəqillik illərimizdə məscidlərin fəaliyyəti ilə bağlı ciddi bir problem yox idi. Və yalnız bu virus bütün vəziyyəti dəyişdirdi. Axı, bu şəkildə düşünürsənsə, belə bir nəticəyə gələ bilərsən ki, Azərbaycanda xristianlıq və yəhudiliklə də mübarizə aparılır və hətta sağlam həyat tərzi və ümumiyyətlə idmanla da - kilsələr, sinaqoqlar, idman salonları hələ də kilid altındadır.

 

Bəs bunu hansı homosapiens deyə bilər? Axı heç kim bunu iddia etmir. Ancaq məscidlər başqa məsələdir. Burada suları bulandıra, inananların hissləri ilə oynaya bilərsiniz.

 

Operativ Qərargahın bu hücumlara, nəhayət başadüşülən bir cavab verməsini çox istərdim. Səssizlik və nümayişkaranə saymazlıq loyal müsəlmanların belə, ürəyinə şübhə toxumlarının səpilməsinə gətirib çıxarır. Və nəticədə, xaricdəki Azərbaycana düşmən olan müəyyən dairələrin əlində bir “kozır” və ölkə daxilində marginal bir mömin qrupunun formalaşmasına gətirib çıxarır. Buna ehtiyacımız varmı və biz bunumu istəyirik?

Müəllif: Vüsal Əliyev