Kanalda batan 10 yaşlı uşağın meyiti çıxarılıb - VİDEO

Hadisə

12.06.2023 - 10:43

Uşağın cəsədi gecə saatlarında tapılaraq aidiyyəti üzrə təhvil verilib

Ötən gün Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Xanarx kanalının Xaçmaz rayonunun Armudpadar kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batması barədə daxil olmuş məlumat əsasında Nazirliyin qüvvələri dərhal axtarış-xilasetmə əməliyyatlarına cəlb olunub.

FHN-dən AYNA-ya verilən məlumata görə, həyata keçirilən əməliyyat nəticəsində kanalda batmış 2013-cü il təvəllüdlü Pirsahadov Məhəmməd Əlisəfa oğlunun cəsədi gecə saatlarında tapılaraq aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, axtarış-xilasetmə əməliyyatlarında FHN-in Şimal Regional Mərkəzi, Dövlət Yanğından Mühafizə, Xüsusi Riskli Xilasetmə, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət xidmətləri və Mülki müdafiə qoşunlarının müvafiq qüvvələri iştirak edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş