"Birləşmiş Ştatlarla ticarət danışıqlarımız boyunca Kanada Hökuməti işçilərimizi və bizneslərimizi ardıcıl olaraq qorudu”
Kanadanın Baş naziri Mark Karni hökumətinin ABŞ Prezidenti Donald Trampın avqustun 1-də Kanada mallarına yeni tariflər tətbiq etmək təhdidini nəzərə aldığını və Kanada işçilərini və müəssisələrini qorumaq üçün çalışacağını açıqlayıb. Bu barədə AYNA.AZ xarici mediaya istinadən bildirir.
"Birləşmiş Ştatlarla ticarət danışıqlarımız boyunca Kanada Hökuməti işçilərimizi və bizneslərimizi ardıcıl olaraq qorudu. Bunu davam etdirəcəyik", deyə Bhaş nazir qeyd edib.
Xatırladaq ki, Prezident Tramp yeni tariflərdən danışarkən, Kanadanın fentanil qaçaqmalçılığını dayandırmaqda uğursuzluğunu xüsusilə qeyd edib.
Cavab olaraq, Baş nazir Kanadanın "Şimali Amerikaya fentanil axını ilə mübarizədə əhəmiyyətli irəliləyiş əldə etdiyinə" inandığını bildirib. O xüsusi olaraq vurğulayıb ki, Ottava "hər iki ölkədə həyatları xilas etmək və icmaları qorumaq üçün" Vaşinqtonla işləməyə davam edəcək.
Eyni bəyanatda Karni qeyd edib ki, Kanada hansı razılaşmalardan danışdığını dəqiqləşdirmədən “milli maraqlara uyğun bir sıra böyük yeni layihələri həyata keçirməyə” hazırdır. O həmçinin qeyd edib ki, hökumətinin "vahid Kanada iqtisadiyyatı"nın qurulması istiqamətində gördüyü işləri uğurlu hesab edir.