İyunun ilk gününün hava proqnozu açıqlanıb

Xəbərlər

31.05.2026 - 14:48

Bəzi rayonlarında şimşək çaxacaq, dolu düşəcək

İyunun 1-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən AYNA.AZ-a verilən məlumata görə, sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz mülayim cənub-qərb küləyi ilə əvəz olacaq.

Gecə 15-18° isti, gündüz 22-27° isti olacaq. Atmosfer təzyiqi 762 mm civə sütunundan 758 mm civə sütununa enəcək. Nisbi rütubət gecə 70-75 %, gündüz 55-60 % olacaq.

Rayonlarda hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağıntılı olacağı, şimşək çaxacağı, dolu düşəcəyi ehtimalı var. Gecə və səhər bəzi yerlərdə duman. Mülayim qərb küləyi əsəcək. Gecə 11-16° isti, gündüz 23-28° isti, dağlarda gecə 5-10° isti, gündüz 15-20°, bəzi yerlərdə 23-26° isti olacaq.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş