İtkin kimi axtarılan şəxsin meyiti tapılıb

Xəbərlər

31.07.2026 - 13:20

Meyitin üzərində zorakılıq əlamətləri görünməyib

Lənkəranda kanalda meyit tapılıb. AYNA.AZ APA-ya istinadən xəbər verir ki, hadisə iyulun 30-da qeydə alınıb.

Yuxarı Nüvədi kənd sakini 1978-ci il təvəllüdlü Mais Abdullayevin meyiti Bəllərbur kəndinin ərazisində kanalda tapılıb.

Onun iyulun 26-dan itkin kimi axtarıldığı bildirilir.

Meyitin üzərində zorakılıq əlamətləri görünməyib.

Araşdırma aparılır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş