2010-cu il təvəllüdlü qız ailəsinə təhvil verilib
Şəmkir rayon Dəllər-Cəyir kənd sakini olan 13 yaşlı qız tapılaraq ailəsinə təhvil verilib.
AYNA-nın “Report”a istinadən məlumatına görə, polis əməkdaşları tərəfindən aparılan axtarış tədbirləri nəticəsində 2010-cu il təvəllüdlü F.M-in yeri müəyyən edilib və tapılaraq ailəsinə təhvil verilib.
Qeyd edək ki, o, sentyabrın 10-da yaşadığı evdən çıxaraq naməlum istiqamətə gedərək itkin düşmüşdü.