Vaşinqtonun qərarı qlobal qiymətli metallar bazarında inqilaba səbəb olub
ABŞ-da kiloqram qızıl külçələri yeni rüsumlara məruz qalan mallar kateqoriyasına daxil edilib. AYNA.AZ xəbər verir ki, bu barədə “Financial Times” məlumat yayıb.
Belə bir tədbirin dünyanın bu qiymətli metalın emalı üzrə ən böyük mərkəzi sayılan İsveçrənin iqtisadiyyatına növbəti zərbə olacağı güman edilir. Həmçinin qeyd edilir ki, ən böyük qızıl fyuçers bazarı “Comex”də ticarət əsasən kiloqram külçələrlə aparılır. Bundan əlavə, qızıl İsveçrənin ABŞ-a ixrac etdiyi əsas mallar siyahısındadır.
Nəşrin məlumatına görə, Vaşinqtonun qərarı qlobal qiymətli metallar bazarında inqilaba səbəb olub.