İstifadəyə yararsız süd məhsulları məhv edilib

Xəbərlər

19.08.2022 - 11:29

Süd məhsulları tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) istehlakçı hüquqlarının qorunması, həmçinin qida zəncirinin bütün mərhələsində qida təhlükəsizliyinin təmin edilməsi istiqamətində tədbirləri davam etdirir.

AQTA-dan AYNA-ya verilən məlumata görə, “AZ FP CO LTD” MMC-nin müraciəti əsasında istehlaka yararsız və istifadə müddəti bitmiş 67 adda, 13919,46 kiloqram müxtəlif növ süd məhsulları “Təmiz Sumqayıt-Kənan” MMC-yə məxsus tullantıların zərərsizləşdirilməsi poliqonunda məhv edilib.

 

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş