İsrailin beynəlxalq ictimaiyyəti İrana qarşı sanksiyalar tətbiq etməyə çağırıb

Dünya

02.07.2025 - 17:16

cedabet dərman SEO Xidməti

“Beynəlxalq ictimaiyyət İranın nüvə ambisiyalarını dayandırmaq üçün əlində olan bütün vasitələrdən istifadə etməlidir”

İsrailin xarici işlər naziri Gideon Saar beynəlxalq ictimaiyyəti İrana qarşı sanksiyalar tətbiq etməyə çağırıb. AYNA.AZ xəbər verir ki, bu barədə nazir “X” sosial şəbəkə hesabında yazıb.

"İran rejiminə qarşı sanksiyaların dərhal bərpası mexanizmini – “Snapback”i işə salmağın vaxtıdır! Mən "Avropa üçlüyü" ölkələrini - Almaniya, Fransa və Böyük Britaniyanı İrana qarşı bütün sanksiyaları yeniləməyə çağırıram. İran indicə MAQATE ilə əməkdaşlığı dayandıran bəyanatla çıxış edib. Bu, onun nüvə proqramı və bütün beynəlxalq öhdəlikləri tamamilə rədd etməsidir. Beynəlxalq ictimaiyyət dərhal, qətiyyətlə hərəkətə keçməli və İranın nüvə ambisiyalarını dayandırmaq üçün əlində olan bütün vasitələrdən istifadə etməlidir”, - Saar qeyd edib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş