İsrail Trampın Qəzza planına bir sıra düzəlişlər edib

Dünya

30.09.2025 - 12:43

“Planda müstəqil Fələstin dövlətinin yaradılması ehtimalından bəhs edilir, lakin iki dövlətli həlldən heç bir bəhs edilmir”

İsrail hakimiyyəti ABŞ Prezidenti Donald Trampın Qəzza zolağında atəşkəs və İsrail-Fələstin münaqişəsinə son qoyulması planının hazırlanmasında iştirak edib və yekun sənədə bir sıra düzəlişlər edib.

AYNA.AZ xəbər verir ki, bu barədə “The Wall Street Journal” məlumat yayıb.

Qeyd olunub ki, ən diqqətçəkən düzəliş dövlətçilik məsələsinə aiddir: “Planda müstəqil Fələstin dövlətinin yaradılması ehtimalından bəhs edilir, lakin iki dövlətli həlldən heç bir bəhs edilmir”.

Bildirilib ki, İsrail-Fələstin münaqişəsinin iki dövlət əsasında həllinin aydın perspektivi olmasa, Səudiyyə Ərəbistanının Amerika liderinin planını maliyyələşdirməsi ehtimalı kifayət qədər aşağıdır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş