İsrail tankları Qəzzada ÜST karvanını atəşə tutub

Dünya

18.09.2024 - 16:41

Həkimlər Klinikalar SEO Xidməti

“Xoşbəxtlikdən heç kim xəsarət almayıb. Bu, qəbuledilməzdir”

İsrail Müdafiə Qüvvələrinin (IDF) iki tankı Qəzza zolağında Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbərlik etdiyi karvana hücum edib. AYNA xəbər verir ki, bu barədə ÜST-nin rəhbəri Tedros Adhanom Qebreyesus sosial şəbəkədəki səhifəsində yazıb.

Onun sözlərinə görə, insident sentyabrın 14-də ÜST-nin konvoyu Qəzza zolağının şimalına missiyadan qayıdarkən baş verib.

“Konvoyun yaxınlığında tanklar atəş açıb. Xoşbəxtlikdən heç kim xəsarət almayıb. Bu qəbuledilməzdir”, – Qebreyesus yazıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş