İsrail Qəzzada hərbi əməliyyatların genişləndirilməsi planını təsdiqləyib

Dünya

05.05.2025 - 12:35

Həkimlər Klinikalar SEO Xidməti

Planın Donald Trampın gələn həftə regiona səfərindən sonra həyata keçiriləcəyi gözlənilir

İsrailin təhlükəsizlik kabineti Qəzza zolağına hərbi hücumun genişləndirilməsi planını yekdilliklə təsdiqləyib. AYNA.AZ xəbər verir ki, bu barədə “The Times of Israel” hökumətdəki mənbəyə istinadən yazıb.

“Planın ABŞ Prezidenti Donald Trampın gələn həftə regiona səfərindən sonra həyata keçiriləcəyi gözlənilir. O vaxta qədər HƏMAS ilə atəşkəs və girovlar barədə razılığa gəlmək üçün səylər göstəriləcək”, - nəşr yazıb.

Bundan əlavə, təhlükəsizlik kabineti Qəzzaya humanitar yardımın çatdırılmasını “yeni mexanizmdən istifadə etməklə” bərpa etmək planını təsdiqləyib”.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş