Hilu xəstəxanasında 90-dan çox həkim və xəstə qalıb
İsrail ordusunun atəşə tutması nəticəsində ən azı 90 nəfər Qəzza şəhərində xəstəxanada qalıb. AYNA.AZ xəbər verir ki, bu barədə Fələstinin WAFA xəbər agentliyi məlumat yayıb.
Bildirilib ki, İsrail qüvvələrinin bir neçə artilleriya mərmisinə məruz qaldığı Qəzza şəhərindəki Hilu xəstəxanasında 90-dan çox həkim və xəstə qalıb. Xəstəxananın uşaq şöbəsində ən azı 12 vaxtından əvvəl doğulmuş körpə, həmçinin xərçəng xəstələri müalicə olunur.
Qətərin “Əl-Cəzirə” telekanalının məlumatına görə, Hilu binası hazırda ağır texnika və İsrail ordusunun tankları ilə əhatə olunub, giriş-çıxışa mane var.