Ordu yalnız beş strateji nöqtədə mövcudluğunu saxlayır
İsrail Müdafiə Qüvvələri (IDF) yalnız beş strateji nöqtədə mövcudluğunu saxlayaraq Livanın cənubundan demək olar ki, tamamilə geri çəkilib. AYNA xəbər verir ki, bu barədə İsrail hərbi radiostansiyası öz saytında məlumat yayıb.
“Ordu 5 məntəqə istisna olmaqla, Livanın cənubundan qoşunların çıxarılmasını müəyyən edilmiş müddətlərə uyğun olaraq başa çatdırıb”, - deyə məlumatda bildirilib.
Livanın “Əl-Mənar” telekanalı İsrail ordusunun geri çəkildiyini təsdiqləyib. Qeyd olunub ki, Livan ordusu əvvəllər İsrail hərbçiləri tərəfindən işğal olunmuş Livanın cənubunda yerləşən Mais əl-Cəbəl, Blida və Məhbib yaşayış məntəqələrinə daxil olub.