İsrail Baş nazirindən iddia: “Hizbullah”da müasir Rusiya silahları var

Dünya

17.10.2024 - 14:26

Həkimlər Klinikalar SEO Xidməti

““Hizbullah” bu ərazidə yüzlərlə tunel və gizlənmə yeri qazıb, burada biz bir neçə müasir rus silahı tapmışıq”

İsrailin Baş naziri Benyamin Netanyahu iddia edib ki, İsrail Müdafiə Qüvvələrinin əsgərləri “Hizbullah” terror təşkilatının yaraqlılarının bazalarında axtarışlar zamanı “ən müasir” rus silahlarını aşkar ediblər. AYNA xəbər verir ki, bu barədə Baş nazir Fransanın “Le Figaro” qəzetinə müsahibəsində deyib.

Siyasətçinin sözlərinə görə, BMT-nin 2006-cı il qətnaməsinə əsasən, İsrail və Livan sərhədi yaxınlığından axan Letani çayının cənubunda yalnız Livan ordusunun silah sahibi olmasına icazə verilir: “Lakin “Hizbullah” bu ərazidə yüzlərlə tunel və gizlənmə yeri qazıb, burada biz bir neçə müasir rus silahı tapmışıq”.

Bundan əvvəl “The Washington Post” İsrail rəsmilərinə istinadən yazıb ki, İsrail ordusunun Livanın cənubunda keçirdiyi əməliyyat zamanı Rusiya və Çinin istehsalı olan tank əleyhinə silahlar tapılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş