İspaniyada koronavirusdan ölənlərin sayı artıb

Dünya

22.03.2020 - 18:51

İspaniyada koronavirusdan ölənlərin sayı sürətlə artır 

 

İspaniyanın baş naziri Pedro Sançez Covid-19 virusunun yayılması ilə bağlı açıqlama verib. AYNA Türkiyə mətbuatına istinadən xəbər verir ki, baş nazir ölkə üzrə 25 min adamın virusun təsiri altında olduğunu qeyd edib.

 

“Ən pis vəziyyət qarşıdadır”, – deyə o vurğulayıb. Sançez bildirib ki, çox həssas dövrdəyik və çətin günlər bizləri gözləyir: “2-ci Dünya Müharibəsindən bu vaxta qədərki ən ciddi situasiya ilə üz üzəyik”.

 

Baş nazir hökümətin koronavirusla mübarizədə əlindən gələn hər şeyi edəcəyini əlavə edib.

 

Qeyd edək ki, İspaniyada koronavirusdan 1381 nəfər dünyasını dəyişib, virusa yoluxanların sayı 25 496-ya çatıb. Ölkədə keçən həftə fövqəladə vəziyyət elan olunmuşdu. 

Müəllif: Təranə Xudabaxşiyeva