İsmayıllıda avtomobil ağaca çırpılıb: polislər yaralanıb

Hadisə

13.06.2023 - 03:41

Həkimlər Klinikalar SEO Xidməti

Hadisə Qalınçaq kəndi ərazisində baş verib

Ötən gün saat 15 radələrində İsmayıllı rayonunun Qalınçaq kəndi ərazisində “VAZ-2107” markalı avtomobilin sürücüsü Şaiq Seyidovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi yolun kənarındakı ağaca dəyib.

Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin Şəki regional qrupundan AYNA-ya bildirilib ki, yol-nəqliyyat hadisəsi zamanı avtomobildə olan sərnişinlər, Şamaxı regional Mühafizə Şöbəsinin mülki əməkdaşları Yalçın Nurəhmədli və Asiman Seyidov xəsarət alıblar.

Xəstəxanada Y. Nurəhmədliyə ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb, Asiman Seyidovun isə müalicəsi davam etdirilir.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, avtomobili idarə edən mülki şəxs olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş