İnvestorlar üçün "Yeni Nəsil İmmunoterapiya" adlı təqdimat keçirilib
“Pfizer” və “BioNTech” dərman şirkətləri 2021-ci ilin sonunadək 2 milyard doza COVID-19 peyvəndi istehsal edəcək.
AYNA xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə "BioNTech"in qurucusu və icraçı direktoru professor Uğur Şahinin investorlar üçün "Yeni Nəsil İmmunoterapiya" adlı hazırladığı təqdimatda bildirilib.
Qeyd edək ki, daha əvvəl şirkət 2021-ci il üçün 1,3 milyard doza peyvənd istehsal edəcəklərini açıqlamışdı.