İşğaldan azad edilmiş ərazilərdə daha 51 mina aşkarlanıb

Xəbərlər

13.07.2022 - 13:39

Həkimlər Klinikalar SEO Xidməti

ANAMA minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatları barədə həftəlik məlumat açıqlayıb.

ANAMA-dan AYNA-ya verilən məlumata görə, iyulun 4-dən 8-ə qədər Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 46 piyada əleyhinə mina, 5 tank əleyhinə mina və 264 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 586 hektar ərazi mina və PHS-lərdən təmizlənib.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş