İsa Muğannanın “Ömür karvanı” Gürcüstanda nəşr olunub

Mədəniyyət

17.04.2023 - 13:31

kitab Gürcüstan Yazıçılar Birliyinin “Merani” nəşriyyatında çapdan çıxıb

Azərbaycanın Xalq yazıçısı İsa Muğannanın irihəcmli “Ömür karvanı” əsərlər toplusu Gürcüstanda nəşr edilib. AYNA xəbər verir ki, bu barədə Dövlət Tərcümə Mərkəzindən bildirilib.

Qeyd edilib ki, Mərkəzin beynəlxalq nəşr layihələri sırasında Gürcüstanda ərsəyə gətirilmiş kitab Gürcüstan Yazıçılar Birliyinin “Merani” nəşriyyatında nəşr edilib.

Yazıçının “Saz”, “Quru budaq”, “Şəppəli”, “İllər və damcılar”, “Aynalı Əhəd”, “İki xırman”, “Zəhər” kimi məşhur povest və hekayələri daxil edilmiş kitabın gürcü dilinə tərcümə müəllifi tanınmış yazıçı-tərcüməçi, Gürcüstan Dövlət mükafatı laureatı İmir Məmmədli, redaktoru Gürcüstan Yazıçılar Birliyinin sədri, tanınmış gürcü şairi Makvala Qonaşvilidir.

Müəllif: Ayna.az