Moskvada yaşayan həmyerlilərimizdən yardım istənilib
Azərbaycanlı aşıq Ulduz Azaflı dünyasını dəyişib. AYNA “Axşam.az”-a istinadən xəbər verir ki, bu barədə şairə Nazilə Səfərli bildirib.
O bildirib ki, əslən Tovuzdan olan sənətçi Rusiyada yaşayıb.
Yaxınları mərhumun nəşini Azərbaycana gətirməyə çalışırlar. Onlar pandemiya ilə əlaqədar bu işdə çətinlik çəkdiklərini bildiriblər və Moskvada yaşayan həmyerlilərimizdən yardım istəyiblər.
Qeyd edək ki, Ulduz ustad aşıq Azaflı Mikayılın səkkizinci övladıdır.