Xalq artisti ailəsinin istəyinə uyğun olaraq İsraildə dəfn olunacaq
“Qaya” estrada-simfonik orkestrinin bədii rəhbəri, Xalq artisti Teymur Mirzəyev vəfat edib. Mədəniyyət Nazirliyindən AYNA-ya bildirilib ki, T.Mirzəyev ötən gün 85 yaşında İsraildə müalicə olunduğu xəstəxanada dünyasını dəyişib.
Müğənni uzun müddətdir İsraildə yaşayırdı.
Xalq artisti ailəsinin istəyinə uyğun olaraq İsraildə dəfn olunacaq.
Xatırladaq ki, Teymur Mirzəyev 1936-cı ildə Ağdamda anadan olub. Azərbaycan Dövlət Konservatoriyasının xor-dirijor fakültəsini bitirib. O, 1961-ci ildə "Qaya" Dövlət ansamblının yaradıcısı, bədii rəhbəri və solisti olub.