İraqda həlak olan Türkiyə hərbçilərinin sayı artıb

Xəbərlər

12.06.2022 - 11:38

Həkimlər Klinikalar SEO Xidməti

2 hərbçi həlak olub, 2-si yaralanıb

İraqın şimalında keçirilən “Pençe-Kilit” əməliyyat zonasında həlak olan Türkiyə əsgərlərinin sayı artıb. Bu barədə AYNA-ya Türkiyə mətbuatına istinadən xəbər verir.

Məlumata görə, terrorçular tərəfindən yerləşdirilən partlayıcı qurğunun işə düşməsi nəticəsində həlak olan hərbçilərin sayı 2 nəfərə çatıb. Partlayış nəticəsində həmçinin daha 2 hərbçi yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Türkiyə Milli Müdafiə Nazirliyi həlak olan hərbçilərin ailələrinə başsağlığı verib, yaralananlara şəfa diləyib.

Qeyd edək ki, Türkiyə ordusu İraqın şimalında “Pençe-Kilit” antiterror əməliyyatına aprelin 18-də başlayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş