İranın XİN başçısı İstanbulda Ərəb Liqasının diplomatları ilə görüşəcək

Dünya

21.06.2025 - 14:07

cedabet dərman SEO Xidməti

Abbas Əraqçi İran və İsrail arasında münaqişənin gərginləşməsini müzakirə edəcək

İranın xarici işlər naziri Abbas Əraqçi İran və İsrail arasında münaqişənin gərginləşməsini müzakirə etmək üçün Ərəb Liqasının diplomatları ilə görüşəcək. Danışıqlar üçün Əraqçi İstanbula gedib. AYNA.AZ xəbər verir ki, bu barədə İranın “Tasnim” xəbər agentliyi məlumat yayıb.

Bildirilib ki, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin toplantısında 40-a yaxın diplomat iştirak edəcək.

Türkiyənin “Anadolu” xəbər agentliyinin məlumatına görə, görüşün yekununda Ərəb Liqası ölkələrinin nazirləri bəyanatla çıxış etməyi planlaşdırır.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş