İranın xarici işlər naziri Beyruta gedib

Dünya

04.10.2024 - 13:38

Həkimlər Klinikalar SEO Xidməti

Abbas Əraqçi Livan hakimiyyəti rəsmiləri ilə danışıqlar aparacaq

İranın xarici işlər naziri Abbas Əraqçi Livan hakimiyyət rəsmiləri ilə danışıqlar aparmaq üçün İslam Respublikasının nümayəndə heyətinin başında Beyruta gedib. AYNA bildirir ki, bu barədə İran Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi İsmail Bəqai deyib.

“Beyrut Beynəlxalq Hava Limanına indicə endik. Xarici işlər naziri Abbas Əraqçinin başçılıq etdiyi, həmçinin parlamentin iki üzvü və Qızıl Aypara Cəmiyyətinin rəhbərinin də daxil olduğu nümayəndə heyətimiz Livan hakimiyyətinin nümayəndələri ilə görüşəcək”, - deyə Bəqai “X” sosial şəbəkə hesabında yazıb.

Onun sözlərinə görə, İran nümayəndə heyətinin səfəri çərçivəsində ərzaq və dərmanlardan ibarət humanitar yardım partiyası Livana aparılıb.

“İran həmişə cəsur Livan xalqının yanında olacaq. Bütün region Livanın üzləşdiyi vəziyyətin ciddiliyini və onun ölkələrimizin xalqları üçün nəticələrini dərk etməlidir”, - XİN rəsmisi vurğulayıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş