Abbas Əkbəri Feyzabadi barəsində “zorakılığa rəhbərlik etməkdə” və "terror aktı" törətməkdə təqsirli bilinərək ölüm hökmü çıxarılıb
İran son etirazlar zamanı “zorakılığa rəhbərlik etməkdə” və "terror aktı" törətməkdə təqsirli bilinən bir nəfərə ölüm hökmü çıxarılıb və o edam edilib. AYNA.AZ xəbər verir ki, İran məhkəmə sistemi ilə əlaqəli olan “Mizan” xəbər agentliyinin məlumatına görə, Abbas Əkbəri Feyzabadinin ölüm hökmü bu gün icra edilib.
Agentliyin məlumatına görə, Feyzabadi son etirazlar zamanı İsfahan əyalətində “zorakı iğtişaşlara rəhbərlik etməkdə” və “təhlükəsizlik qüvvələrinə və hökumət binalarına hücumlar təşkil etməkdə” ittiham olunub.