“ABŞ ordusu bölgədəki blokada və piratçılığı davam etdirərsə, İranın cavab zərbələrinə hazır olmalıdır”
İran Silahlı Qüvvələrinin Mərkəzi Qərargahının (Xatəm əl-Ənbiya və ya Hava Hücumundan Müdafiə Qüvvələri Qərargahı) hərbi əməliyyatlara cavabdeh olan bölməsi ABŞ-a Hörmüz boğazının mümkün dəniz blokadası ilə bağlı sərt xəbərdarlıqlar edib. AYNA.AZ xəbər verir ki, bu barədə İran dövlət televiziyası məlumat yayıb.
Mərkəzi Qərargahın bəyanatında bildirilib ki, ABŞ ordusu bölgədəki blokada və piratçılığı davam etdirərsə, İranın güclü silahlı qüvvələrinin cavab zərbələrinə hazır olmalıdır.
Həmçinin vurğulanıb ki, “İran silahlı qüvvələri bu gün əvvəlki dövrlərlə müqayisədə daha güclü və daha hazırlıqlıdır və ölkənin suverenliyini, ərazi bütövlüyünü təmin etməyə qadirdir”.