İran İsrailin Livana hücumları səbəbindən ABŞ-la danışıqları dayandırıb

Dünya

02.06.2026 - 10:33

İsrail qoşunları Livan ərazisindən çıxarılana və zərbələr dayandırılana qədər İran danışıqları bərpa etməyəcək

İsrailin Livana hücumlarından sonra sülh prosesinin bir hissəsi olaraq İran ABŞ ilə danışıqları dayandırıb. AYNA.AZ xəbər verir ki, bu barədə İranın xəbər agentliyi “Tasnim” məlumat yayıb.

Məlumata görə, İran tərəfi İsrailin Livana qarşı "davam edən cinayətləri" ilə əlaqədar "vasitəçi vasitəsilə aparılan danışıqları və ABŞ nümayəndələri ilə mesaj mübadiləsini dayandırır".

Qeyd olunub ki, İsrail qoşunları Livan ərazisindən tamamilə çıxarılana və zərbələr dayandırılana qədər İran ABŞ-la danışıqları bərpa etməyəcək.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş