İran ABŞ-ın 1 təyyarəsini və 2 helikopterini vurub

Dünya

05.04.2026 - 16:29

ABŞ-yə məxsus F15 qırıcı təyyarəsinin pilotunun xilas edilməsi istiqamətində İsfahan vilayəti səmasında 2 ədəd “Black Hawk” və 1 ədəd “C130” hərbi nəqliyyat təyyarəsi vurulub.

AYNA.AZ xəbər verir ki, bu barədə İran Silahlı Qüvvələrinin Xatəmul-Ənbiya Qərargahı məlumat yayıb.

Məlumata görə, ABŞ-nin hərbi əməliyyatına qarşı İran birgə əməliyyat hazırlayıb. Əməliyyatda aeronavtika, quru, könüllü qüvvələr, bəsic və polis əməkdaşları iştirak ediblər.

Qeyd edək ki, fevralın 28-də ABŞ və İsrail İrana qarşı hərbi əməliyyatlara başlayıb. Zərbələr ölkənin ən böyük şəhərlərinə, o cümlədən Tehrana endirilib. Ağ Ev hücumu İslam Respublikasından qaynaqlanan raket və nüvə təhdidləri ilə əsaslandırıb. İrana endirilən zərbələr nəticəsində ölkənin ali rəhbəri ayətullah Əli Xamenei və rəhbərliyin bəzi digər əsas fiqurları həlak olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş