Baş nazir: “Bu gün Gürcüstanla Azərbaycan arasında strateji tərəfdaşlıq mövcuddur”
“Prezident İlham Əliyev Gürcüstanın dəyərli dostudur və Azərbaycan Prezidentinin buraya səfəri hər zaman bizim üçün böyük şərəfdir”. AYNA.AZ xəbər verir ki, bu sözləri Gürcüstanın Baş naziri İrakli Kobaxidze Azərbaycan Prezidenti İlham Əliyev ilə mətbuata bəyanatında söyləyib.
Baş nazir qeyd edib: “Biz fürsətdən istifadə edərək ikitərəfli münasibətlərimizi və regiondakı prosesləri müzakirə etdik”.
“Bizim xalqlarımız əsrlər boyu bir-biri ilə sıx bağlı ölkələr olub və bunun məntiqi davamı odur ki, bu gün iki ölkə arasında strateji tərəfdaşlıq mövcuddur. Şadam ki, bu əməkdaşlıq müxtəlif istiqamətlər üzrə çox dinamik şəkildə inkişaf edir”, - deyə Baş nazir vurğulayıb.