İlon Mask: “Mən yadplanetliyəm”

Maraqlı

30.05.2024 - 12:16

“Biz bu qalaktikada tək qala bilərik”

Parisdə keçirilən “Viva Tech” konfransında amerikalı milyarder İlon Mask şikayət edib ki, onun yadplanetli mənşəyinə heç kim inanmır. AYNA xəbər verir ki, bu barədə “Euronews” məlumat yayıb.

“Mən yadplanetliyəm” deyən sahibkar Yerə yadplanetlilərin səfər etdiyinə inanıb-inanmadığını soruşduqda zarafatla etiraf edib: “Ancaq heç kim mənə inanmır”.

Mask insanların Kainatda ağıllı həyatın yeganə forması olması ehtimalını istisna etmir.

“Biz bu qalaktikada tək qala bilərik” deyə o, konfransda bildirib.

Müəllif: Ayna.az