İlham Əliyevin qərb bölgəsinə səfəri davam edir

Xəbərlər

04.03.2020 - 14:11

Həkimlər Klinikalar SEO Xidməti

Dövlət başçısı Tovuz rayonuna səfərə gedib

 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 4-də Tovuz rayonuna səfərə gəlib. AYNA dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, ölkə Tovuz şəhərində Heydər Əliyevin abidəsini ziyarət etdi, önünə gül dəstəsi qoyub. Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov rayonda görülən işlər barədə dövlətimizin başçısına məlumat verib.

 

Daha sonra Prezident “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Tovuz filialının fəaliyyəti ilə tanış olub. “Azərxalça” ASC-nin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısına müəssisədə yaradılan şərait barədə məlumat verib.

 

İlham Əliyev Tovuz rayonuna səfəri çərçivəsində martın 4-də Azərbaycan Aşıq Sənəti Dövlət Muzeyinin açılışında iştirak edib. Dövlət başçısı muzeyin rəmzi açılışını bildirən lenti kəsib və muzeylə tanış olub.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş