İlham Əliyevin Edi Rama ilə təkbətək görüşü olub

Siyasət

15.11.2022 - 21:27

Həkimlər Klinikalar SEO Xidməti

Görüş zamanı bir sıra məsələlər müzakirə olunub

Noyabrın 15-də Tiranada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Albaniya Respublikasının Baş naziri Edi Rama ilə təkbətək görüşü olub.

AYNA xəbər verir ki, görüşdə ikitərəfli əlaqələrin inkişafından məmnunluq ifadə olunub, fəal siyasi dialoqun həyata keçirildiyi bildirilib.

Söhbət zamanı Albaniyanın Baş naziri Edi Ramanın bu ilin aprelində Azərbaycana rəsmi səfərinin əlaqələrimizin genişləndirilməsi işində önəmi qeyd olunub. İqtisadi və enerji sahələrində əməkdaşlığın perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Müəllif: Ayna.az

Pin up casino Pin-up casino giriş