Ağdam atəşə tutulub, yaralılar var - <font color=red> RƏSMİ</font>

Aktual

15.10.2020 - 10:51

Həkimlər Klinikalar SEO Xidməti

Yaşayış evlərinə isə ciddi ziyan dəyib

 

Bu gün səhər saatlarından başlayaraq düşmən tərəfin silahlı birləşmələri tərəfindən Ağdam rayonu müxtəlif istiqamətlərdən intensiv raket və  ağır artilleriyadan atəşə tutulub. AYNA xəbər verir ki, bu barədə Baş Prokurorluq məlumat yayıb.

 

Bildirilib ki, saat 09 radələrində Ağdam rayonu, Birinci Baharlı qəsəbəsində fərdi yaşayış evlərinə mərmi düşməsi nəticəsində 1969-cu il təvəllüdlü Vəliyev Şahsuvar Millət oğlu və 1979-cu il təvəllüdlü Musayev Loğman Yusif oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib, yaşayış evlərinə isə ciddi ziyan dəyib.

 

Hazırda prokurorluq əməkdaşları tərəfindən mövcud  şəraitdə mümkün olan bütün istintaq tədbirləri həyata keçirilir.

 

 

 

 

Müəllif: Ayna.az